Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:25

Sürücülərə yaş qadağası


Sürücü
Sürücü

-

Yaşı 23-dən az və 65-dən çox olan şəxslərin avtobusla sərnişin daşımasına icazə verilməyəcək.

Nazirlər Kabineti «Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları»nda dəyişiklik edilməsi haqqında qərar qəbul edib.

«Report» xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qərara əsasən, avtobuslarla sərnişindaşımalara «D» kateqoriyası üzrə sürücülük vəsiqəsi olan şəxslərə icazə verilir. Ancaq o, 23- 65 yaş arasında olmalıdır. Üstəlik, avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmamalıdır.

«DE» kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək istəyən şəxsin yaşı isə 26-dan az, 65-dən çox olmamalıdır. «D» kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi isə üç ildən çox olmalıdır.

İki gün öncə istirahət məqsədilə Xızıya gedən Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşları yol qəzasına düşüblər. Sürücünün idarəetməni itirməsi üzündən avtobusun dərəyə düşdüyü, 3 nəfər öldüyü, 20-dən çox sərnişin isə xəsarət aldığı bildirilir.

XS
SM
MD
LG