Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:28

-

Rusiya bu həftə OPEC-in toplantısına qatılmayacaq və daha hasilatın azaldılmasına çalışmır, çünki neftin bareli artıq 50 dollara yaxınlaşır.

Bunu Rusiyanın Enerji naziri Alexandr Novak və köməkçiləri Moskvada jurnalistlərə deyib. İyunun 2-də Vyanada OPEC-in sammiti gözlənir.

Cəmi bir neçə həftə öncə Rusiya OPEC-lə hasilatın dondurulmasına çalışırdı. Məqsəd qiymət düşüşünü önləmək idi.

Ancaq yanvardan bəri qiymətlər qalxmağa başlayıb. Buna Nigeriyada iğtişaşlar və Kanadada meşə yanğınları səbəb olub.

Nazirin müavini Anatoly Yanovsky deyib ki, Rusiya OPEC-in sammitinə hətta texnikləri də göndərmir. “Bizi dəvət edən olmayıb”, o söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG