Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:03

Fəllucə üzərinə hücuma keçən İraq ordusu “İslam Dövləti” qrupunun əks hücumunu dəf edib.

Bu barədə mayın 31-də İraq hərbçiləri məlumat yayıb.

Zabitlər Nəimiyə rayonunda 4 saatlıq ağır döyüşlər getdiyini bildirirlər.

General Abdelwahab al-Saadinin sözlərinə görə, hücumda iştirak edən 100-dək yaraqlıdan 75-i öldürülüb.

Amma hökumət qüvvələrinin nə qədər itki verdiyinə aydınlıq gətirməyib.

Fəllucə öaytaxt Bağdadın 65 kilometrliytində yerləşir.

“İslam Dövləti” qrupu bu şəhəri 2014-cü ildə zəbt edib.

Hazırda İraq və Suriyanın bir sıra bölgələri hələ də bu qrupun əlindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG