Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:05

-

İyunun 1-də Bakıda ənənəvi beynəlxalq Caspian Oil & Gas sərgisi başlayacaq.

“23-cü dəfə keçirilməsinə baxmayaraq, sərgiyə maraq azalmır”, deyə, təşkilatçı Iteca Caspian şirkətinin icraçı direktoru Fərid Məmmədov mayın 31-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, iştirakçıların 15 faizi sərgiyə ilk dəfə qatılır. Sərginin yeni iştirakçılar qismində isə Böyük Britaniya, Portuqaliya, Rumıniya, ABŞ və digər ölkələrin şirkətləri çıxış edirlər. Xarici iştirakçılar sərgi ekspozisiyası meydançasının 63,7 faizini tutur.

Sərgi iyunun 1-dən 4-nə kimi "Baku Expo Center"də keçiriləcək. Açılış mərasimində prezident İlham Əliyevin iştirakı nəzərə tutulub.

VIP-qonaqlar arasında ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisi Robin Danniqan, Birləşmiş Krallığın Azərbaycandakı ticarət nümayəndəsi baronessa Emma Nikolson və Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvilidə var. Habelə BP, Statoil, "Qazprom", "Özbəkneftqaz" və başqa bir sıra şirkətlərin yüksək rütbəli nümayəndələrinin sərgiyə gəlməsi gözlənilir.

Caspian Oil & Gas beynəlxalq konfransı isə iyunun 2-i və 3-də Marriott Absheron otelində keçiriləcək.

Konfransın işində bütünlükdə 30-dan çox ölkədən 400 nəfərə yaxın nümayəndənin iştirakı gözlənilir. 40 nəfərdən çox natiq çıxış etməlidir. Bu çıxışlarda ucuz neft qiymətləri fonunda enerji resurslarının hasilatı, idarə olunması və nəqli sahəsində bir sıra məsələlərdən bəhs edilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG