Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:38

-

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) 650 milyon manatı borcu var. Bu borc dövlət zəmanəti altında cəlb edilən vəsaitlərdir.

Bu haqda AZAL-ın aviaparkının yenilənməsi zərurəti haqda danışan maliyyə naziri Samir Şərifov danışıb.

Nazirin sözlərinə görə, qeyd olunan vəsaitlər yeni təyyarələrin alınmasından ötrü nəzərdə tutulub.

“AZAL-ın dəstəklənməsi hökumətin həmişə diqqət mərkəzindədir. Cəmiyyət hökumətdən mütəmadi olaraq müxtəlif yardımlar alır" - maliyyə naziri deyib.

Bir çox ekspertlər vaxtaşırı dövlət zəmanətli borcların fəsadlar doğura biləcəyini vurğulayırlar. Həmin ekspertlərin fikrincə, dövlət zəmanətli borclar bir çox hallarda səmərəsiz istifadə edilir, korrupsiya hallarına yol verilir. Bu da son nəticədə dövlət büdcəsinə əlavə yük yaradır.

Günün bütün mövzuları

XS
SM
MD
LG