Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:58

-

Gəncədə intihar hadisəsinin baş verdiyi bildirilir. Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, hadisə Kəpəz rayonunun Muxtar Hacıyev küçəsi 4-cü döngə, ev 20-də qeydə alınıb. Həmin ünvanda yaşayan 22 yaşlı Aygün Arzuman qızı Sayadinın yaşadığı evdə asılmış meyiti aşkarlanıb.

Hadisənin səbəbi barədə məlumat verilmir. Mərhumənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsində müayinə edildikdən sonra ailəsinə təhvil verilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb, araşdırmalar davam etdirilir.

Gəncədə iki gün əvvəl də intihar hadisəsisinin baş verdiyi bildirilirdi. Natəvan qəsəbəsində 16 yaşlı Əli İlyas oğlu Vəliyevin canına qıydığı söylənirdi.

Bir neçə gün əvvəl də Lənkəran rayonunda 22 yaşlı qızın özünü asdığı deyilirdi.

Son vaxtlar Azərbaycanda intihar hallarının artdığı bildirilir. Ancaq ölkədə intiharın səbəblərini araşdıran mərkəz yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG