Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:13

Son həftə ərzində Aralıq dənizində 880-dən çox qaçqın batıb.

Bu barədə mayın 31-də BMT-nin qaçqınlar üzrə idarəsi məlumat yayıb.

Bu məlumat xilas edilərək İtaliyaya çatdırılmış qaçqınlara əsaslanır.

2016-cı il miqrantlar üçün ən faciəli il hesab olunur.

Belə ki, bu il dənizdə 2500-dən çox miqrant batıb.

Ötən ilsə bu rəqəm 1850 nəfərdən artıq olub.

İdarənin məlumatına görə buna əsas səbəb qaçaqçıların dənizdə hərəkət üçün təhlükəli olan qayıqlara çox adam yığmasıdır.

Miqrantların əksəriyyəti Suriya, İraq və Əfqanıstandandır.

Müharibədən bezən bu insanlar Avropa Birliyi ölkələrinə keçməyə can atırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG