Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:56

Rusiyanın müdafiə nazirliyi rusiya aviasiyasının ötən gecə Suriyanın İdlib əyalətinə zərbə endirmədiklərini bəyan edib.

Nazirliyin nümayəndəsi İgor Konashenkov mayın 31-də jurnalistlərə bildirib ki, bu ərazidə hərbi əməliyyat keçirilməyib.

Böyük Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqları Mərkəzi bundan əvvəl Rusiya təyyarələrinin İdlibi bombalaması nəticəsində azı 23 nəfərin öldüyünü xəbər vermişdi.

Rusiya Suriyada hərbi kampaniyaya ötən il sentyabrın 30-da başlayıb.

Bu il martın 15-də isə prezident Vladimir Putin Suriyadan əsas hərbi hissənin çıxarılmasını göstəriş verib.

5 ildən çoxdur ki, Suriyada davam müharibə nəticəsində 270 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG