Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:15

-

"Azərbaycan iqtisadiyyatında ilin ikinci yarısından başlayaraq müəyyən irəliləyiş görə bilərik. Cari əməliyyatların balansı yaxşılaşır. Əslində bu xarici şoklar iqtisadiyyatın modelinin dəyişməsindən ötrü bir fürsətdir”.

Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl Qorçi ölkədəki iqtisadi durumun perspektivləri barədə danışarkən belə deyib.

O, vurğulayıb ki, bu günə qədər Azərbaycan iqtisadiyyatı neftdən asılı olub.

“Lakin indi hamı qəbul edir ki, özəl sektora və güclü struktur islahatlara əsaslanan iqtisadiyyata doğru getmək zamanıdır. Hal-hazırda bir sıra struktur islahatları aparılır. Bu islahatlar isə öz müsbət nəticəsini göstərəcək. Düzdür, həll edilməli bir sıra çətinliklər var. Hökumət bu çətinliklərin aradan qaldırılmasına çalışır” - deeyən İMF yetkilisi Azərbaycanda ən əsas çətinliklərdən birinin bank sektorundakı restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) ilə bağlıolduğunu bildirib.

“Biz öz məsləhətlərimizi veririk. Müəyyən planlarımız var. Yaxın günlərdə də hökumətlə bununla bağlı məsləhətləşmələr aparacağıq. Əgər hökumət ehtiyac duyarsa, Beynəlxalq Valyuta Fondu onlara texniki yardım da göstərə bilər”, - Qorçi deyib.

Mayın 20-də prezident İlham Əliyev də Beynəlxalq Valyuta Fondunun Məhəmməd əl-Qorçini qəbul etmişdi. İlham Əliyev həmin görüşdə demişdi ki, Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasındakı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur.

Azərbaycan BVF ilə əməkdaşlığa 1992-ci ildən başlayıb. Əməkdaşlıq dönəmində həmin fonddan 363 milyon dollar kredit alındığı bildirilir.
Müstəqil iqtisadçıların fikrincə, ölkəyə böyük neft pulları gələndə BVF ilə əməkdaşlıq ikinci plana keçmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG