Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:51

Almaniya millisinin 2016-cı il Avropa şempionatı üçün yekun heyəti açıqlanıb.

Almaniya Futbol Federasiyasının məlumatına görə, , yığmanın baş məşqçisi Yoahim Löv dəvət elədiyi futbolçuların sayını 27-dən 23-ə endirib.

Marko Roys ( Marco Reus ) zədə səbəbindən "Avro-2016" Fransa çempionatında iştirak etməyəcək.

Qeyd edək ki, C qrupunda yer alan Almaniya millisi Ukrayna, Polşa və Şimali İrlandiya ilə mübarizə aparacaq.

Qapıçılar: Manuel Noyer ("Bavariya"), Bernd Leno ("Bayer", Leverkuzen), Mark-Andre ter Ştegen ("Barselona").

Müdafiəçilər: Jerom Boatenq ("Bavariya"), Emre Can ("Liverpul"), Yonas Hektor ("Köln"), Benedikt Hevedes ("Şalke"), Mats Hummels ("Borussiya", Dortmund), Şkodran Mustafi ("Valensiya"), Antonio Ryudiger ("Roma").

Yarımmüdafiəçilər: Yulian Draksler ("Şalke"), Sami Xedira ("Yuventus"), Coşua Kimmix ("Bavariya"), Toni Kroos ("Real", Madrid), Mesut Özil ("Arsenal"), Leroy Sane ("Şalke"), Bastian Şvaynştayger ("Mançester Yunayted"), Yulian Vayql ("Borussiya", Dortmund).

Hücumçular: Mario Qötze ("Bavariya"), Mario Qomes ("Beşiktaş"), Tomas Müller ("Bavariya"), Lukaş Podolski ("Qalatasaray"), Andre Şürrle ("Volfsburq").

Günün bütün mövzuları

XS
SM
MD
LG