Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:53

Həbsdəki Ermənistan hərbçisinə baş çəkilib


Foto arxiv
Foto arxiv

-

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları 2014-cü ilin dekabrında Ağdam rayonunda saxlanan Ermənistan hərbçisinə baş çəkiblər.

APA xəbəri BQXK-nin Bakı nümayəndəliyinə istinadən yayıb.

Xəbərdə həmin şəxsə mayın 25-də baş çəkildiyi bildirilir. Məhkuma ailə məlumatları çatdırılıb və ondan evlərinə çatdırılacaq xəbərlər alınıb.

Azərbaycan Müdafiə Nazirliyinin bildirməsinə görə, 2014-cü ilin dekabrında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistanın kəşfiyyat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Ancaq bu cəhdin qarşısı alınıb. Qısa atışmadan sonra Ermənistan tərəfinin itkilər verərək geri çəkildiyi və hərbi qulluqçu Arsen Baghdasarian-ın ələ keçirildiyi bildirilir.

Azərbaycana qarşı təxribat və bir sıra cinayətlərdə ittiham edilən A.Baghdasarian Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG