Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:06

“Əfqanıstanda köçkün problemi artır”


İranda əfqan şagirdlər qaçqın düşərgəsində məktəbdə, arxiv fotosu

İranda əfqan şagirdlər qaçqın düşərgəsində məktəbdə, arxiv fotosu

-

Son 3 ildə Əfqanıstanda münaqişədən qaçan, ölkəsi daxilində məcburi köçkünlə çevrilən əfqanların sayı 3 dəfədən artıq artıb, 1.2 milyona çatıb. “Amnesty International” hüquq müdafiə təşkilatının mayın 31-də açıqladığı hesabatda belə deyilir.

Londonda mənzillənən qurum bildirir ki, hazırda xaricdə yaşayan 2 milyon 600 min əfqan qaçqını da nəzərə alsaq, son 40 ildə “Əfqanıstanda, demək olar, hər bir ailənin evindən çıxarılma təcrübəsini yaşadığını söyləmək olar”.

Hesabatda bildirilir ki, Əfqanıstanda məcburi köçkünlər sığınacaq, ərzaq və su çatışmazlığından əziyyət çəkirlər. Səhiyyə, təhsil və iş imkanlarından isə danışmağa dəyməz.

“Dünya nəzərlərini Əfqanıstandan çəkib, bu münaqişənin geridə buraxdığı şəxslərin mücadiləsini unutmaq riskiyılə üz-üzəyik”, qurumun Cənubi Asiya direktoru Champa Patel deyib.

2014-cü ilin sonunda beynəlxalq qüvvələr Əfqanıstandan çıxandan ölkədə təhlükəsizlik durumu getdikcə pisləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG