Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:59

Türkiyədən Almaniyaya xəbərdarlıq


Türkiyədəki ermənilər kütləvi qırğını anır, 2015-ci il

Türkiyədəki ermənilər kütləvi qırğını anır, 2015-ci il

-

Türkiyə mayın 31-də Almaniyaya xəbərdarlıq edib ki, ermənilərin Osmanlı İmperiyası dönənimdə kütləvi qırğınını “soyqırım” kimi tanıyan qətnaməni qəbul etməsin.

Almaniya Bundestaqında səsvermə bu həftə keçiriləcək. 1915-17-ci illərdə ermənilərin kütləvi qırğınını bəzi tarixçilər soyqırım sayır, 20-dən artıq ölkə isə soyqırım kimi tanıyıb.

İndi Almaniyada hakim koalisiya belə bir qətnamə hazırlayıb.

Bu arada Türkiyəylə Almaniya münasibətləri həssas dövrünü yaşayır. Avropa Birliyi və Almaniya Ankaranın miqrant razılaşmasına əməl etməsinə çalışır. Razılaşmaya görə, Türkiyə AB-yə qaçqın axınının qarşısını almalıdır.

Türkiyə baş nazirinin müavini Numan Kurtulmus deyib ki, Almaniya Türkiyə ilə münasibətlərinə ehtiyatla yanaşmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG