Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:56

Atəşkəsin 33 dəfə pozulduğu deyilir


Qarabağda erməni əsgər.
Qarabağda erməni əsgər.

-

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 33 dəfə pozublar.
Məlumatda qeyd edilir ki, Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Cəvahirli və Qaraqaşlı istiqamətlərində Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Bundan başqa, Xocavənd, Füzuli və Cəbrayıl rayonları istiqamətindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin vurulduğu açıqlanıb.

Müdafiə Nazirliyinin mayın 30-dakı açıqlamasında isə atəşkəsin gün ərzində 23 dəfə pozulduğu bildirilirdi.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Yaranmış gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Həmin görüşdə atəşkəsin gücləndirilməsi müzakirə edilib. Görüşdən sonra atəşkəsin pozulması halları ümumilikdə nisbətən azalıb.

XS
SM
MD
LG