Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:30

-

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik Füzuli, Ağcabədi və Tərtər rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar haqqında hesabat yayıb.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, Tərtər rayonunun Cəmilli kəndində əkin sahəsində 1 «Qrad» raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb. Bu rayonda 8000 kvadratmetr ərazi yoxlanıb.

Agentlik qeyd edir ki, Füzuli rayonunun Şükürbəyli kəndində isə 4 partlamamış hərbi sursat aşkarlanıb. İkisi 120 mm-lik, iksi də 152 mm-lik top mərmisidir.

Mayın 30-da ümumilikdə 3 evə və həyətyanı sahəyə, 9 əkin sahəsinə, 20 partlayış yerinə baxış keçirildiyi, 5 partlamamış hərbi sursat aşkarlandığı bildirilir.
Agentlikdən verilən məlumata görə, aprelin 7-dən mayın 30-dək 1477 partlamamış hərbi sursat, 11 piyada əleyhinə mina (PMN), 2 piyada əleyhinə POMZ-2 və 6 tank əleyhinə mina tapılaraq zərərsizləşdiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG