Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:13

-

Xırdalan şəhərində intihar hadisəsinin baş verdiyi bildirilir.

APA-nın xəbərində Heydər Əliyev prospektində yerləşən çoxmərtəbəli binanın 9-cu mərtəbəsindən 31 yaşlı bir kişinin özünü yerə atdığı qeyd edilir. Onun zərbədən vəfat etdiyi söylənir.

Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin və prokurorluğun əməkdaşları gəlib. İlkin araşdırma zamanı məlum olub ki, həmin şəxs binanın 9-cu mərtəbəsində yaşayan Cavid Hacıyevdir.

Meyit müayinə olunmaqdan ötrü Respublika Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə göndərilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanıb, araşdırma aparılır.

Şirvan şəhərində isə gənc oğlanın özünü asdığı deyilir.

Bu hadisənin isə Şirvan şəhəri, 1 May küçəsi, 5 ünvanında baş verdiyi bildirilir.

Şirvan sakini, 18 yaşlı Baladadaş Günəşovun yaşadığı evdən asılmış meyiti tapılıb. Ölümün səbəbi açıqlanmır. Gəncin də meyiti Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə verilib.

Faktla bağlı Şirvan prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Son vaxtlar Azərbaycanda intihar hallarının artdığı bildirilir. Ancaq ölkədə intiharların səbəbini araşdıracaq ayrıca mərkəz yoxdur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG