Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:47

-

Suriyanın üsyançıların əlində olan İdlib şəhərinə mayın 31-də endirilmiş hava zərbələrindən azı 14 nəfər həlak olub, onlarla yaralı var. Məlumatı Suriya İnsan Haqları Təşkilatı mayın 31-də yayıb. Qurum zərbələri Rusiya təyyarələrinin endirdiyini bildirir.

Məlumata görə, Suriyanın qərbindəki bu şəhərə az yeddi zərbə endirilin, Mərkəzi Xəstəxananın yerləşdiyi ərazi də hədəfə alınıb.

Digər müşahidə qrupları da hava zərbələrindən ölənlərin olduğunu təsdiqləyir. Lokal Koordinasiya Komitələri bildirir ki, xəstəxana vurulanda 10 nəfər ölüb.
Digər bir qurum onlarla ölənin, yüzlərlə yaralının olduğunu bildirir.

Rusiya mayın 25-də bildirib ki, Suriya rejiminə dəstək məqsədilə hava zərbələri kampaniyasına müvəqqəti fasilə verir. Məqsəd də, atəşkəs imzalamış üsyançılara Suriyada al-Qaedaya bağlı al-Nusra Cəbhəsiylə əlaqələri qırmaq imkanı verilməkdir, Moskva belə deyir. Ancaq fasilənin nə vaxtadək uzanacağı açıqlanmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG