Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:04

-

İraq ordusu Fəllücə şəhərinə hücum zamanı müqavimətlə üzləşib. Bu şəhər İslam Dövləti (İŞİD) qruplaşmasının nəzarətindədir.

Fəllücəyə hücum mayın 30-da səhər başlanıb. İraq hava qüvvələrinin və ABŞ koalisiyasının dəstəyilə quru qüvvələri hücuma keçib.

Şəhərin cənub ətrafında bəzi yerlər artıq tutulub, şərq və şimal cəbhələrdə mövqelər ələ keçirilib. Şiddətli döyüşlər gedir.

Bu arada Bağdadda partlayışlar dalğası törədilib, 20-dən çox ölən olub. Məsuliyyəti İŞİD üzərinə götürüb.

Fəllücədə 1200 İŞİD yaraqlısı və 50 min dinc sakinin olduğu güman edilir.

Əsasən sünni şəhəri olan Fəllücə Bağdaddan 70 km qərbdə yerləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG