Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:37

“Rusiyaya yalnız danışıqlara gedirəm”


Ukrayna prezidenti Petro Poroshenko (ortada), Avropa Komissiyasının Prezidenti Jean-Claude Juncker (solda) və Avropa Şurasının rəhbəri Donald Tusk

Ukrayna prezidenti Petro Poroshenko (ortada), Avropa Komissiyasının Prezidenti Jean-Claude Juncker (solda) və Avropa Şurasının rəhbəri Donald Tusk

-

Avropa Komissiyasının Prezidenti Jean Claude Juncker deyir ki, Rusiyaya gələn aya planlaşdırılan səfəri yalnız dialoqu saxlamaq niyyəti güdür, Avropa sanksiyalarının yenidən nəzərdən keçirilməsi mesajını vermir.

Juncker iyunun 16-da Sankt Peterburq Beynəlxalq İqtisadi Forumuna qatılmaq dəvətini qəbul edib. Bu, Moskva 2014-cü ildə Ukraynanın Krım vilayətini anneksiya edəndən bəri Rusiyaya yüksək rütbəli Avropa Birliyi rəsmisinin ilk səfəridir.

Həmin səfərdən bir neçə həftə sonra isə AB-nin 28 üzvü Rusiyaya sanksiyaların uzadılması məsələsinə qərar verəcəklər.

“Avropanın mövqeyində zəifləmə görməyəcəyik”, Juncker Luksemburda jurnalistlərə deyib. “Rusiyaya sanksiyaları uzadacağıq və aydın şəkildə bildirəcəyik ki, Rusiyanın Ukrayna və Krımdakı hərəkətləri ilə razılaşmırıq”.

Günün bütün mövzuları

XS
SM
MD
LG