Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:37

Türkiyə prezidenti Racep Tayyip Erdogan Rusiyanı PKK-nı silah və raketlə təmin etməkdə günahlandırıb.

Türkiyə KİV-lərinin mayın 30-da yaydığı məlumata görə, Erdogan deyib ki, Rusiya bu qrupa silahı İraq və Suriya vasitəsilə ötürür.

Məlumatı Türkiyə rəsmiləri də təsdiqləyib.

Rusiya xarici işlər nazirinin müavini Mikhael Bogdanovsa buna cavab olaraq bildirib ki, Ankara qoy buna sübutlar göstərsin.

Erdogan bundan əvvə Rusiyanı Suriyadakı kürd qruplaşmalarını dəstəkləməkdə də ittiham eləmişdi.

Türkiyənin ötən ilin noyabrında Suriya sərhədi yaxınlığında Rusiyanın SU-24 təyyarəsini vurmasından sonra iki ölkə arasındakı münasibətlər kəskin pisləşib.

Ankara təyyarənin Türkiyə ərazisinə soxulduğunu, Rusiya isə onun Suriya trəfdə vurlduğunu iddia edir.

Rusiya bundan sonra Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib, Ankara ilə birgə layihələrdən çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG