Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 05:22

Son 2 gün ərzində Əfqanıstanın Helmand əyalətində gedən ağır döyüşlərdə onlarla polis ölüb.

Əyalət polisinin komandiri Esmatullah Davlatzai mayın 29-30-da 50-dən çox polisin həlak olduğunu bildirir.

Bundan başqa 50-dən çox polisin yaralandığı xəbər verilir.

Xəsarət alanlardan çoxunun təhlükəsizlik xidmətinin əməkdaşları olduğu bildirilir.

Agentliklərin məlumatına görə talibançılar regiondakı bir neçə nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.

Regiona əlavə əsgər və aviasiya qüvvələri göndərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG