Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:09

-

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində turizm səyahətinə çıxmaq istəyən hüquqi və fiziki şəxslərə müraciət edib.

APA-nın xəbərinə görə, müraciətdə qeyd edilir ki, qeyri-müntəzəm şəkildə təşkil edilən turlar zamanı nəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin reys öncəsi tibbi müayinəsinə və iş rejiminə nəzarət olunmur.

Müraciətdə habelə, qeyd edilir ki, bəzən nəqliyyat vasitəsinin marşrutun keçdiyi ərazinin relyefinə uyğunluğuna da diqqət yetirilmir. Bu da ağır yol-nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnir.

Yol polisi vətəndaşlara təhlükəsizlik tədbirlərinin görüldüyü turlarda səyahət etməyi tövsiyə edir.

Ötən gecə, istirahət məqsədilə Xızıya gedən Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşları yol qəzasına düşüblər. Avtobusun dərəyə düşməsi nəticəsində 3 nəfər ölüb, 20-dən çox sərnişin isə xəsarət alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG