Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:52

Türkiyənin Avropa Birliyi məsələləri üzrə naziri Omer Celik vizasız rejmlə bağlı danışıqları bərpa eləmək üçün yaxın günlərdə Brüsselə gedəcək.

Bunu baş nazir müavini Numan Kurtulmuş mayın 30-da keçirdiyi mətbuat konfransında deyib.

Qeyd edək ki, Avropa Birliyi bunun əvəzində terrorçuluqla mübarizə qanununun dəyişdirilməsi də daxil olmaqla bir sıra islahatlar aparılmasını tələb edir.

Amma Türkiyə terrorçuluqla mübarizə qanununa düzəliş etməyəcəyini təkid edir.

Kurtulmuş bildirib ki, Türkiyə Avropaya qaçqın axınını azalması üçün üzərinə götürdüyü öhtəliklərin xeyli hissəsini yerinə yetirib.

Suriyanın şimalındakı “İslam Dövləti” qrupu ilə mübarizəyə gəldikdə isə, Kurtulmuş, Türkiyə sərhədi yaxınlığnda yerləşən Mare-Cerablus müdafiə xəttinin ölkəni mümkün hücumlardan qorunmasında strateji baxımdan çox vacib olduğunu vurğulayıb.

O “İslam Dövləti” qrupunun bu bölgədə dayandırılmasının ölkənin qarşısında duran əsas məsələlərdən biri olduğunu deyib.

Türkiyə ilə Avropa Birliyi arasındakı razılaşmada, bütün qanunsuz miqrantların Türkiyəyə qaytarılması, əvəzində ona maliyyə yardımının artırılması, viza rejiminin qaldırılması və Ankara ilə üzvlük danışıqlarının tezləşdirilməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG