Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:47

-

“Bakupress.az” saytının baş redaktoru Şəfəq Ağacanın özünü öldürmək istədiyi bildirilir. Bu haqda deyilənləri jurnalistin özü də Azadlıq Radiosuna təsdiq edib.

“Mənim intihara cəhd etməyimlə bağlı informasiyalar həqiqətdir. Hadisə mayın 27-də olub ”.- deyə o bildirib.

Şəfəq Ağacanın sözlərinə görə, intihara cəhd etməsinə səbəb şantaj olunmasıdır:

“Məndən pul tələb edirdilər, konkret olaraq 800 manat verməyimi tələb edirdilər. Mayın 26-dan 27-nə keçən gecə saat 2-də evimə zəng ediblər, mənim fotolarımı montaj edərək, pul verməyəcəyim halda sosial şəbəkələrdə paylaşacaqlarını bildirirdilər”.

Baş redaktorun deməsinə görə, onu şantaj edənlər vaxtı ilə işdən çıxartdığı şəxs və onun yaxınları olub. Şəfəq Ağacan bütün bunlardan bezərək 25-ə qədər dərmanı birdən qəbul etdiyini bildirir. Deməsinə görə, onu xəstəxanaya yerləşdiriblər. Sonra 3 saylı Sumqayıt Şəhər Polis Bölməsinin Təhqiqatçısı Zaur Ağayev onunla görüşüb və izahatını alıb:

“Eyni zamanda məni şantaj edənlərin də izahat alınıb. Hazırda məsələ təhqiqat mərhələsindədir”.

Ş.Ağacan bu məsələ ilə bağlı mayın 31-də Sumqayıt şəhər prokurorluğuna çağırıldığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG