Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:46

"Alisa möcüzələr adasında" - bir nüsxəsi 3 milyon dollara


John Tenniel illüstrasiyası, 1865

John Tenniel illüstrasiyası, 1865

- Dünya ədəbiyyatının ən qüdrətli əsərlərindən biri olan "Alisa Möcüzələr adasında" kitabının əfsanəvi birinci nəşrindən 22 nüsxə qalıb, qalanlarını yazıçı o vaxt yayımdan yığmışdı. 22 nüsxədən biri gələn ay Nyu Yorkda 2 milyon - 3 milyon ABŞ dolları başlanğıc qiymətilə hərraca çıxarılacaq.

1865-ci ildə "Macmillan" nəşriyyatında çıxmış həmin kitabın üzərində tanınmış rəssam John Tenniel'in 40-dan artıq illüstrasiyası var.

Bu ilk nəşr 2 min nüsxədə çıxmışdı, nəşriyyat 50 əlavə nüsxəni müəllifə vermişdi ki, istədiyi adamlara paylasın. Amma qısa müddət sonra illüstrator John Tenniel yazıçı Carroll'a deyir ki, rəsmlərin keyfiyyətinə görə "son dərəcə məyusdur", bu səbəbdən yazıçı bütün nəşri geri çəkir, kitab bağışladığı adamlar da daxil olmaqla, bütün nüsxələri satışdan yığır.

Həmin il Carroll öz gündəliyində belə yazacaqdı:

“Axır ki, Alisanın yenidən nəşr olunmasına qərar verdim, o ilk 2 min nüsxəlik nəşr hədər yerə kağız israfı oldu."

Kitabın müasir nəşrlərindən birinə yazdığı önsözdə Carroll'şünas Morton N Cohen yazır: "Yazıçı özü nəşrdən razı idi, birinci nəşri yayımdan yığışdırmaq addımını sırf illüstratorunu məmnun etməkdən ötrü atmışdı".

ABŞ Christie Auksionunun mütəxəssisləri hesab edirlər ki, həmin ilk nəşrdən qalmış nüsxələr "son dərəcə nadirdir", onlardan 16-sı kitabxanalarda, 6-sı əllərdədir.

İndi hərraca çıxarılan kitabı Carroll özü şəxsən kilsədə işləyən dostu George William Kitchin'in qızı Aleksandraya hədiyyə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG