Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:21

İlham Əliyev: “Əfqanıstanın yanındayıq”


İlham Əliyev və Mohammad Xanif Atmarı

İlham Əliyev və Mohammad Xanif Atmarı

-

Prezident İlham Əliyev Əfqanıstanın Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarı qəbul edib.

“President.az”-ın xəbərinə görə, İ.Əliyev görüşdə deyib ki, iki ölkə arasında çox yaxşı münasibətlər qurulub. Prezident həmçinin qeyd edib ki. Azərbaycanın daim Əfqanıstanın yanında olacaq. .

Görüşdə iki ölkə arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan hərbiçiləri Əfqanıstandakı sülhməramlıların tərkibində fəaliyyət göstərirlər.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dan başlayıb.

Hazırda Azərbaycanın 90 nəfərdən ibarət hərbi qulluqçusu Əfqanıstandakı missiyada iştirak edir.Onlardan 2-i hərbi həkim, 2-si isə mühəndis-istehkam ixtisası üzrə zabitdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG