Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:46

Liberman Azərbaycanla münasibətlərdən danışır


İsrailin yeni müdafiə naziri Avigdor Lieberman

İsrailin yeni müdafiə naziri Avigdor Lieberman

-

İsrail və Azərbaycan arasında əməkdaşlıq ən geniş spektr üzrəvə olduqca dinamik inkişaf edir. Bunu İsrailin yeni müdafiə naziri Aviqdor Liberman Trend-ə müsahibəsində deyib.

*73 min nəfər Youtube Kanalımıza abunə oldu və hər gün yeni video izləyir. Sən də kanalımıza abunə ol

Onun sözlərinə görə, münasibətlərin səviyyəsi həqiqətən də çox yüksəkdir və iki ölkə üçün onların əhəmiyyətini qiymətləndirmək çətindir: "Bütün sahələrdə ikitərəfli qarşılıqlı fəaliyyətin genişləndirilməsi dövlətlərimizin maraqlarına cavab verir və mənə oldquca perspektivli görünür".

Terrorçuluqla mübarizə sahəsində Azərbaycanla əməkdaşlığa toxunarkən nazir qeyd edib ki, hazırda terrorçuluqla mübarizə məsələsi İsrail üçün həyati önəmə malikdir: "Dövlətin əsası qoyulduğu andan etibarən bütün tarix boyunca terrorçuların mütəmadi, davamlı hücumlarına qarşı durmaq məcburiyyətində qalmışıq. Beynəlxalq terrorun qarşısını almaq üçün azad dünyanın bütün ölkələri öz səylərini birləşdirməlidir". Trendin məlumatında o da deyilir ki, Libermanın Trendə müsahibəsi onun müdafiə naziri olandan xarici mediaya ilk müsahibəsidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG