Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:51

-

İraq ordusu bildirir ki, İslam Dövləti (İŞİD) yaraqlılarının nəzarətində olan Fəllücə şəhərinə hücum əməliyyatına başlayıb. Jurnalistlər mayın 30-da Fəllücənin cənubundakı Naimiya bölgəsində partlayış və atəş səsləri eşidildiyini deyirlər.

İraqın paytaxtı Bağdaddan 70 km qərbə yerləşən, sünni şəhəri sayılan Fəllücədə 50 min dinc sakinin qaldığı bildirilir.

Bir gün öncə İraq ordusu qüvvələrini Fəllücə ətrafına toplamışdı. İraq əsgərlərini şiə döyüşçülər, eləcə də ABŞ koalisiyası dəstəkləyir. Fəllücənin azad olunması əməliyyatı mayın 22-də başlanıb. İraq ordusunun zabiti mayın 29-da bildirib ki, əməliyyat başlanandan əsgərlər şəhər ətrafındakı ərazinin 80 faizini yenidən ələ keçiriblər.

Fəllücə 2014-cü ildə İŞİD-in əlinə keçib.

XS
SM
MD
LG