Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:42

-

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov mayın 31-də Brüsselə gedib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AzadlıqRadiosuna deyib ki, E.Məmmədyarov NATO-nun mənzil-qərargahında keçiriləcək Azərbaycan - NATO iclasında iştirak edəcək: «NATO-nun ali orqanı kimi Şimali Atlantika Şurasında nazirin çıxışı və bir sıra ikitərəfli görüşləri gözlənilir».

H.Hacıyev qeyd edib ki, səfər çərçivəsində E.Məmmədyarovun Brüsseldə ATƏT Minsk qrupunun həmsədrləri ilə görüşü də nəzərdə tutulub. Bu görüşün mayın 31-də gerçəkləşəcəyi gözlənir: «Həmsədrlərlə indiki görüş həm də Qarabağ münaqişəsinin tənzimlənməsi üçün Vyanadan başlanan danışıqların tərkib hissəsidir».

ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Həmin görüşdən sonra həmsədrlərin yaydığı bəyanatda deyilirdi ki, tərəflər Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə bir daha sədaqətlərini bəyan ediblər.

Tərəflərin iştirakı ilə daha bir görüşün iyunda keçiriləcəyi haqda informasiyalar yayılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG