Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:04

-

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 23 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan, Noyemberyan rayonlarından Azərbaycan ordusunun Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Quşçu Ayrım kəndində yerləşən mövqeləri atəşə tutulub.
Nazirliyin bildirməsinə görə, Ağdam, Füzuli və Xocavənd rayonları istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəş açılıb.

Müdafiə Nazirliyinin mayın 29-dakı açıqlamasında isə atəşkəsin gün ərzində 16 dəfə pozulduğu bildirilirdi.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Yaranmış gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Həmin görüşdə atəşkəsin gücləndirilməsi müzakirə edildi. Görüşdən sonra atəşkəsin pozulması halları ümumilikdə nisbətən azalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG