Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:37

-

Suriyanın şimalında «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasının yaraqlıları mötədil müxalifətin nəzarətində olan şəhərlərə hücuma keçir.

Suriya İnsan Haqları Mərkəzinin məlumatına görə, iki gün öncə cihadçılar Marea və Azaz şəhərlərinə hücuma başlayıblar. Bu şəhərlər Türkiyəylə sərhəddə yerləşir.

Bazar günü hər iki şəhər ətrafında döyüşlər gedib. Mareadan və ətrafından 6 mindən çox dinc sakin qaçıb. Onların çoxu qadınlar və uşaqlardır.

Qaçqınlar Hələb vilayətinin şimalına, «Suriya demokratik qüvvələri»nin nəzarətində olan ərazilərə yollanıblar.

«Human Rights Watch» insan haqları təşkilatı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azaz bölgəsində 165 min qaçqın olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG