Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:32

-

Mayın 29-da futbol üzrə Azərbaycan millisi Avstriyada təlim-məşq toplanışı çərçivəsində 2-ci sınağına çıxıb.

Robert Prosinečki-nin yetirmələri Makedoniya millisinə 3-1 hesabı ilə məğlub olublar.

Azərbaycan millisi bundan əvvəl Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində Andora ilə qolsuz bərabərə qalmışdı.

Futbol üzrə Azərbaycan millisi bu il ümumilikdə keçirdiyi 3 oyunda bir qələbə belə qazanmayıb.

AFFA-nın saytının xəbərinə görə, Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosinečki qarşılaşmadan sonra məğlubiyyəti belə dəyərləndirib:

«İki fərqli hissə izlədik. Birinci hissədə pis oynadıq. Rəqibə iki qol hədiyyə verdik. Ötürmə verə bilmədik. Fasilədən sonra oyun dəyişdi. Qol epizodları yaratdıq, lakin Əfran İsmayılov, Ruslan Qurbanov və Ağabala Ramazanov həmin fürsətlərdən yararlana bilmədilər. Hesabı bərabərləşdirə bilərdik. Niyə alınmadığını bilmirəm. Təhlil etməliyəm. İkinci hissədən razıyam. Mövsümün sonu olduğu üçün futbolçular yorulub. Amma bu, məğlubiyyətə bəraət ola bilməz».

Günün bütün mövzuları

XS
SM
MD
LG