Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:12

Amerika hələ də hər sahədə birincidir


Donald Trump-ın tərəfdarları onun keçən ay Wilkes-Barre və Pennsylvania-dakı kampaniyası müddətində «Make America Great Again» (Amerikanı yenidən qüdrətli etmək) kepkaları daşıyıblar.

Donald Trump-ın tərəfdarları onun keçən ay Wilkes-Barre və Pennsylvania-dakı kampaniyası müddətində «Make America Great Again» (Amerikanı yenidən qüdrətli etmək) kepkaları daşıyıblar.

Donald Trump-ın dövlət siyasəti haqqında mövqeyi illər, aylar, hətta günlər keçdikcə dəyişir. «Washington Post»un yazarı Fareed Zakaria bu qənaətə gəlib. O daha sonra yazır ki, Trump bu günlərdə bir-birinə zidd aolan iki fikri bir cümlədə cəmləyib: «Mən məktəb siniflərində silahların olmasını istəmirəm, hərçənd deməliyəm ki, bəzi hallarda müəllimlərin sinifdə silahı olmalıdır».

Amma bir məsələdə Trump həmişə ardıcıl olub: «Bataqlığa yuvarlanan» Amerikanı yenidən qüdrətli etmək. Bu mesaj Trump kampaniyasının əsasını təşkil edir.

ABŞ HƏR SAHƏDƏ BİRİNCİDİR

Məqalədə deyilir ki, əslində, Birləşmiş Ştatlar iqtisadi, texnoloji, hərbi və siyasi hakimiyyət baxımından son illərdə bütün dünyada mövqelərini gücləndirib. Ölkə sənayenin demək olar, bütün aparıcı sahələrində dominant mövqedədir - mobil telefonlardakı sosial şəbəkələrdən tutmuş, nano və biotexnologiyaya qədər.

ABŞ nəhəng neft və qaz istehsalçısı kimi enerji fövqəldövlətinə çevrilib. Eyni zamanda, yaşıl-texnoloji (yaşıl inqilab - kənd təsərrüfatı sahəsində kompleks dəyişikliklər) inqilaba keçid edib.

İqtisadi cəhətdən ona yaxın olan olkələrdə (Yaponiya, Avropa və hətta Çində) demoqrafik eniş yaşanmasına baxmayaraq, Birləşmiş Ştatlar demoqrafik cəhətdən də hərəkətdədir.

Yeni intellektual «The Seventh Sense» kitabının müəllifi Joshua Cooper Ramo iddia edir ki, şəbəkələr dövründə qalib olan tərəf hər şeyə sahiblənir. O 9 qlobal yüksək texnologoyalı platformanın (Google Chrome, Microsoft Office, Facebook və s.) olduğunu deyir. Bunların bir milyarddan çox istifadəçisi var. Üstəlik də hamısı Amerika mənşəlidir və öz bazarlarında birincidir.

Ölkənin valyutası - dollar beynəlxalq maliyyə əməliyyatlarında 20 il əvvəlkindən daha geniş istifadə olunur.

ÇİN ONA BİR MƏQAMDA YAXIN DÜŞƏ BİLİR

Alimlər Stephen Brooks və William Wohlforth əsərlərində qeyd edirlər ki, Çin yalnız bir göstəriciyə - ümumi daxili məhsula görə ABŞ –a yaxın rəqibdir. İqtisadi gücün meyarı onlara görə, ölkənin inkluziv (daxili) sərvətidir. Bu «millətin hazır olan sənaye kapitalı (yollar, binalar, maşınlar və qurğular), insan kapitalı (bilik və bacarıq, təhsil, səhiyyə) və təbii kapitalın (torpaq altı sərvətlər, ekoloji sistem, atmosfer) cəmi ilə ölçülür. Amerika Birləşmiş Ştatlarının inkluziv kapitalı 144 trilyon dollar – Cindəkində (32 trilyon dollar) 4,5 dəfə coxdur.

ÇİN NƏLƏRDƏ UDUZUR

Çin ABŞ-dan mallara əlavə dəyər verilməsinə və yeni məhsul yaratmaq imkanlarına görə çox geridə qalır. Brooks və Wohlforth yazırlar ki, Çin ixracının yarısı oraya xaricdən gətirilib yığılan və sonra ixrac edilən hissələrdən ibarətdir. Bunların böyük əksəriyyəti isə transmilli şirkətlər üçündür.

Müəlliflər onu da qeyd edirlər ki, əqli mülkiyyətə görə ödəmələr texnoloji gücün əsas göstəricisidir. 2013-cü ildə bu göstərici Çində 1 milyard dollardan da az olub. ABŞ-da isə 128 milyard təşkil edib. 2012-ci ildə 7 dəfə çox «triadik» patent qeydiyyatdan keçib. Bunların çoxu ABŞ, Avropa və Yaponiyada təqdim olunur.

HƏRBİ DOMİNANTDIR, MÜTTƏFİQLƏRİ VAR

Hərbi və siyasi sahələrdə ABŞ-ın dominantlığı daha birmənalıdır. Bunu ölçmək üçün bir çox üsullar var, «Washington Post» yalnız birinə toxunur: güc nümayişinin ən böyük inikası təyyarə daşıyıcılarıdır (aircraft carriers). Birləşmiş Ştatlarda işləyən 10 təyyarə daşıyıcısı var. Çinin isə yalnız bir dənədir, o da Ukraynanın istifadəsində olmuş, modernləşdirilməsi gərəkən gəmidir.

Yüksək texnologiyalı müharibə sahəsinə nəzər salsaq, görünməyən pilotsuz uçan qurğuların sayında da Vaşinqtonun üstunlüyü çox böyükdür.

Ən əsası, ABŞ-ın bütün dünyada müttəfiqlər şəbəkəsi var. Hindistan və Vyetnam kimi yeni ölkələrin də bu sıraya qoşulması yönün iş gedir. Çinin isə yeganə hərbi müttəfiqi Şimali Koreyadır.

ANCAQ BU BƏS ETMİRMİŞ

Müasir BeynəlxalQ sistemin mürəkkəbliyi ondadır ki, ABŞ bu cür üstünlüklər sahib olsa da, faktlara görə başqa ölkələr tərəqqi ediblər. 1990-cı ildə dünya iqtisadiyyatında Çinin Ümumi Daxili Məhsulu 1,7 faiz təşkil edirdisə, bu gün 15 faizdir. Bu göstəriciyə görə inkişaf etməkdə olan ölkələr ümumilikdə eyni dövr ərzində 20 faizdən 40 faizə qalxıblar.

Eyni zamanda, ÜDM reallağı əks etdirən əsas göstərici olmasa da, heç bir ölkə, hətta ABŞ da başqalarına öz iradəsini qəbul etdirə bilməz.

«Washington Post»un yazarı Fareed Zakaria daha sonra şəxsi fikirlərini bölüşür: «Mən yaranan bu tablonu 2088-ci ildə «The Post-American World» (Postamerika dünyası) kitabımda təsvir etməyə çalışmışam. Mən yazmışdım ki, «Vaşinqtonun hələ də əsil rəqibi yoxdur və uzun müddət də olmayacaq. Amma onun qarşılaşdığı məhdudiyyətlərin sayı artır».

Müəllif deyir ki, Çinin dünyada böyük və artan təsiri var. Məsələn, Vaşinqtonun etirazlarına baxmayaraq keçən il Asiya İnfrastruktur İnvestisiya Bankı yaradıldı.

Və ya Səudiyyə Ərəbistanı və Türkiyə kimi inkişaf etməkdə olan regional dövlətlər Yaxın Şərqdə öz maraqlarını müdafiə edərkən tez-tez ABŞ-ın maraqlarına zidd gedirlər. Hətta üzüyola müttəfiq Pakistan da Əfqanıstanda Taliban-a dəstək verərək ABŞ-a sakitcə meydan oxuyur.

Reallıq budur ki, ABŞ dünyada aparıcı dövlət olaraq qalır, amma o öz məqsədlərinə yalnız maraqlarını geniş mənada müəyyənləşdirərək, digər qüvvələrlə işləyərək, yeni əməkdaşlıq şəbəkəsi yaradaraq nail ola bilər. Amma bu təəssüf ki, kampaniyanın şərtləri ilə uzlaşmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG