Mayın 29-da saat 13:30 radələrində Bakı-Qazax magistralının 115-ci km-də, Hacıqabul rayonu ərazisində yol kənarında salınmış yaşıllıqlarda yanğın baş verib.
APA-nın məlumatına görə, yanğın 10 hektardan çox sahəni, o cümlədən Bakı-Böyük Kəsik dəmir yolu xəttinin ətrafındakı sahəni əhatə edib.
Dəmir yolu xəttinə ziyan dəymədiyi bildirilir. Yanğının saat 15:30 radələrində söndürüldüyü qeyd edilir.
Son illər Azərbaycanda yol qırağı ərazilərdə yaşıllıqların salınmasına böyük pullar sərf olunub. Ancaq bir müddət sonra bəzi hallarda bu yaşıllıqlardakı ağaclar baxımsızlıqdan quruyublar.