Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:14

ATƏT ofisinin tərkibi genişləndirilir


OSCE
OSCE

“ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəlik ofisinin genişləndirilməsi istiqamətdə iş yaxşı irəliləyib”.

Bu sözləri APA-ya açıqlamasında ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bildirib.

A. Kaspşik qeyd edib ki, Vyana görüşündə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisini genişləndirmək, itkin düşmüş şəxslər barədə məlumat mübadilələrini davam etdirmək və sülh sazişi üzrə danışıqların növbəti mərhələsini keçirməyi qərara alıblar: "Bu məqsədlə ATƏT-in fəaliyyətdə olan sədrliyi mənə şəxsi nümayəndəliyin ofisinin genişləndirilməsi konsepsiyasını hazırlamağı tapşırdı. Genişləndirmə mənim hazırkı mandatıma təsir etməyəcək, lakin sahə köməkçilərinin sayı artacaq. Bununla da mənim ofisim monitorinqlərin sayını artıra və hakimiyyət rəsmiləri ilə daha mütəmadi əlaqə qura biləcək. Bu, ATƏT sədrliyinə və həmsədrlərə davam edən vəziyyət barədə daha çox hərtərəfli məlumat əldə etmək şansı verəcək. Eyni zamanda eskalasiya riskinin azaldılması ilə bağlı mənim mandatım çərçivəsində dəstək sorğularına daha çevik cavab təmin edəcək”.

Mayın 16-da Vyanada Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Görüşdə Minsk qrupu həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) təmsilçiləri də iştirak edib.

Danışıqlardan sonra həmsədrlərin verdiyi bəyanatda deyilirdi ki, prezidentlər İlham Əliyevlə Serzh Sarkisian Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bəyan ediblər.

Bəyanatda həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsinin vacibliyi də öz əksini tapmışdı.

Ancaq bundan az sonra Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov məsələyə belə münasibət bildirmişdi: «Andrzej Kasprzyk-in səlahiyyətində çox böyük dəyişiklik ola bilməz. Orada yazılanlar Minsk qrupunun mövqeyidir, biz bununla bağlı öhdəlik götürməmişik».

XS
SM
MD
LG