Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:26

Ali Larijani təzədən spiker seçildi


İran parlamenti. Ali Larijani təzədən spiker seçildi

İran parlamenti. Ali Larijani təzədən spiker seçildi

Mühafizəkar Ali Larijani yenidən İran parlamentinin spikeri olub. O, 290 səsdən 173-nü qazanıb, onun rəqibi, islahatçıların namizədi Mohammad Reza Aref 103 səs alıb.

İranın yeni parlamenti fevral və aprel aylarında keçirilən seçkidən sonra formalaşıb.

Yeni deputatların and içməsi mayın 28-də Tehranda keçirilib.

Prezident Hassan Rohani parlamentdəki nitqində Larijani-nə nüvə razılaşmasına dəstək verdiyi üçün xüsusi vurğulayıb. O, nitqində ölkədəki problemləri parlamentlə hökumətin birgə həll etməyə çağırıb.

İslahatçılar parlamentdə 290 yerdən 133-ünü tutublar. Mühafizəkarların sayı isə onlardan bir qədər azdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG