Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:27

Gəncədə intihar hadisəsinin baş verdiyi bildirilir.

APA-nın xəbərinə görə, hadisə şəhərin “Türklər qəsəbəsi” adlanan ərazisində qeydə alınıb.

Qəsəbə sakini 2000-ci il təvəllüdlü Əli İlyas oğlu Vəliyevin yaşadığı evdə asılmış meyiti aşkarlanıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Hadisənin səbəbi açıqlanmır.

Bir gün əvvəl isə Hacıqabulda 19 yaşlı qızın canına qıydığı bildirilirdi.

Son vaxtlar Azərbaycanda intihar hallarının artdığı deyilir. Azərbaycanda intiharların səbəbini araşdıran ayrıca mərkəz yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG