Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:51

Mayın 28-də Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsinin Şəki şöbəsinin sədri Samir Həsənovun saxlandığı bildirilir.

Mayın 29-u Şəki rayonundan Azadlıq Radiosuna verilən məlumata görə, Samir Həsənov, hələ də, buraxılmayıb. AXCP Şəki şöbəsinin bildirməsinə görə, onun məhkəməyə aparılacağı və barəsində inzibati cəza tədbirinin görüləcəyi ehtimal edilir. O, xuliqanlıqda ittiham olunur.

Şəki Rayon Polis Şöbəsindən isə gəncin saxlanmasına münasibət öyrənmək mümkün olmayıb.

Baş verən insidentdə AXCP Şəki şöbəsinin sədri İslam Həsənovun kamerasının zorla əlindən alınıb, tədbirdən çəkdiyi kadrların silindiyi bildirilir. Bu barədə Azadlıq Radiosuna AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat verib. Gözəl bayramlının deməsinə görə, İslam Həsənovun səhhəti pisləşdiyindən xəstəxanaya aparılıb. AXCP sədri qeyd edir ki, artıq İ. Həsənov xəstəxanadan çıxarılıb. Ancaq onun da saxlanacağı ehtimal edilir.

Mayın 28-də AXCP Şəki şöbəsinin fəalları Respublika Günü ilə əlaqədar şəhərdəki Şəhidlər Xiyabanını ziyarət ediblər. Lakin aksiyaya polis müdaxiləsinin olduğu bildirilir. Samir Həsənovun da həmin vaxt saxlandığı qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG