Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:31

-

Emin Əliyev

"Bədbəxtlər" seriyası

Quş səsinə oxşayan

Güllə səsi,

Güllə səsinə oxşayan

Quş səsi

Sərhəddə gəzişir.

***

Lampalar da

Ümidsizlikdən kəsilib

Küçə qaranlıqdır.

***

Tasın içində

Qabarır

Ekspressionist xəmir.

***

Hər gün təzyiq altında

Əzilirlər

Çaxırlıq üzümlər.

***

İynə barmaqları

Arfada mahnı toxuyur..

***

Başqasının

Efir vaxtına girmisiniz cənab, kral Franko.

***

Hər payız

Palçıq şillə vurur xalqa.

***

Hulqum son dəfə boğaza qalxdı.

Əşyalarını götürüb getmək üçün.

***

Nitsşe bığları arxasında gizlicə gülürdü.

Axı "səhra böyüyürdü".

***

Sərhədləri qırmaq istəyənlər

Tikanlı məftillərə ilişib

Cırıq-cırıq oldular.

***

Əziz, İonesko.

Demokratiya hardasa buralardadır.

XS
SM
MD
LG