Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:42

Atəşkəsin 16 dəfə pozulduğu bildirilir


Serj Sarkisyan erməni blindajında (arxiv fotosu)

Serj Sarkisyan erməni blindajında (arxiv fotosu)

Müdafiə Nazirliyi bildirir ki, Ermənistanin silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 16 dəfə pozublar.

Məlumatda qeyd ediblər ki, Ermənistanın İcevan rayonunun Paravakar kəndindən Azərbaycan ordusunun Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeyləri atəşə tutulub.

Habelə, Krasnoselsk rayonundan Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki mövqelərin də vurulduğu açıqlanıb.

Bundan başqa, Füzuli və Goranboy rayonları istiqamətindən də Azərbaycan ordusunun mövqelərinin hədəfə alındığı qeyd edilir. Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin mayın 28-dəki açıqlamasında isə atəşkəsin gün ərzində 26 dəfə pozulduğu bildirilir.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Yaranmış gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Həmin görüşdə atəşkəsin gücləndirilməsi müzakirə edildi. Görüşdən sonra atəşkəsin pozulması halları azalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG