Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:55

-

Mayın 27-də Aralıq dənizində qayığın aşması nəticəsində azı 45 miqrant boğulub, 10-dan çox adam itkin düşüb. Bu barədə İtaliya sahil mühafizə xidməti məlumat verib.

BMT və sahil mühafizə xidməti bildirir ki, bir həftədən çoxdur 14 min adam davamsız qayıqlarla dənizi keçmək istəyib və onların arasında yüzlərlə boğulan ola bilər. Hələlik, bədbəxt hadisələrlə bağlı rəsmi rəqəmlər yoxdur.

Mayın 27-də İtaliya xilasediciləri təxminən 135 adamı xilas ediblər. 45 adamın cansız bədəni aşkar olunub, itkin düşənlər də var.

Sahil mühafizə xidməti bildirir ki, havaların isinməsi və sakit dəniz miqrantları Liviyadan gizli yolla Avropaya keçirmək istəyənləri hərəkətə gətirib. Miqrantlar bunun üçün böyük vəsaitdə pul ödəyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG