Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:26

-

Hacıqabul rayonunda 19 yaşlı qızın intihar etdiyi bildirilir. Xəbəri APA yayıb.

Xəbərə görə, hadisə mayın 28-də günorta saat 2 radələrində rayonun S.Almazov küçəsi, 41 ünvanında baş verib.

Adıçəkilən ünvanda yaşayan 1997-ci il təvəllüdlü Kifayət Ağayeva yaşadıqları evin həyətindəki yardımçı tikilidə asılmış vəziyyətdə tapılıb.

Yaxınlarının bildirdiyinə görə, K.Ağayeva nişanlı olub. İntiharın səbəbləri, hələlik, məlum deyil.

Faktla bağlı Hacıqabul rayon Prokurorluğu araşdırmaya başlayıb.

Son illər ölkədə intihar halları artıb. Amma Azərbaycanda intihar hallarının rəsmi statistikası aparılmır, intiharların səbəblərini araşdıran mərkəz yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG