Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:20

Tərtərdə evlərin təmiri iyunda başa çatacaq


-

«Bu ilin aprelində ermənilərin təxribatları zamanı Tərtərin cəbhəboyu yaşayış məntəqələrində ziyan dəymiş evlərdən yeddisi tam təmir olunub». «Report» bu xəbəri Tərtər rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədova istinadən yayıb.

M.Məmmədov bildirib ki, ziyan dəyən digər evlərdə də təmir-bərpa işləri aparılır: «Aprel hadisələri zamanı Tərtər rayonunda 256 evə ziyan dəyib. Həmin evlərdən 27-si tamamilə dağıldığından, onlarda yaşamaq mümkün deyil. İlkin olaraq bu evlərdən başlanılıb və onlardan 7-si artıq tam təmir olunub, yaşayış üçün hazır vəziyyətə gətirilib. İyun ayının sonuna qədər bütün ziyan dəyən evlər bərpa olunacaq. Bundan ötrü bütün tikinti materialları rayona gətirilib və təmir-bərpa işlərinə başlanılıb».

Dövlət başçısı İlham Əliyev aprelin 2-5-də Qarabağ cəbhəsindəki hərbi əməliyyatlardan sonra Ağdam və Tərtər rayonlarına gedərək vəziyyətlə tanış olub. Vətəndaşlara dəyən ziyanın aradan qaldırılması məqsədilə Ağdam və Tərtər rayonlarının hər birinə 3 milyon manat ayrılması haqda sərəncam imzalayıb.

Bu il aprelin əvvəlindən erməni silahlı qüvvələri Ağdam və Tərtər rayonlarının təmas xəttinə yaxın yaşayış məntəqələrini iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə mülki əhalidən 6 nəfər həlak olub, 26 nəfər yaralanıb, 445 evə, 5 məktəbə, 2 tibb məntəqəsinə, 2 uşaq bağçasına, digər sosial və inzibati binalara ciddi ziyan dəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG