Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:58

-

Yüzdən çox tanınmış tibb mütəxəssisi və professor Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiada Oyunlarını ya ləğv etmək, ya da başqa yerə keçirməklə bağlı Ümumdünya Səhiyyə Təşkilatına məktub göndərib. Səbəb bu bölgədə yayılan «Zika» virusudur.

Məktub müəllifləri qeyd edirlər ki, Olimpiya Oyunları nə qədər vacib olsa da, insan sağlamlığı üçün çox təhlükəli olan «Zika» virusunu gözaltına almaq daha əhəmiyyətlidir: «Oyunlar zamanı ölkəyə gələcək 500 minə yaxın xarici turist risk altında qalacaq, yoluxduqları təqdirdə bu virusu bütün dünyaya yayacaqlar», - məktubda deyilir.

ÜST rəsmiləri isə hesab edirlər ki, Oyunları ləğv etmək və ya başqa ölkəyə keçirmək «Zika» virusunun dünyaya yayılma riskinin qarşısını almır.

XXXI Yay Olimpiya Oyunları Braziliyanın Rio-de-Janeyro şəhərində avqustun 5-dən 21-dək davam edəcək. Şəhər «Zika» virusunun yayılma episentrlərindən biri kimi qiymətləndirilir. Bu virusa, xüsusilə, hamilə qadınlar həssasdır.

Məktubu 20-dən çox ölkənin tibb mütəxəssisi imzalayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG