Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:20

-

«Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən ötrü aparılan diplomatik danışıqlarda irəliləyişlər müşahidə olunmaqdadır». «Report»un xəbərinə görə, bunu mayın 28-də cəbhə bölgəsində yerləşən Tərtər rayonuna səfər edən Azərbaycan baş nazirinin müavini Əli Əhmədov deyib.

O, Azərbaycanın münaqişənin dinc yolla həllinə tərəfdar olduğunu deyib: «Prezident İlham Əliyev bununla bağlı dövlətin, xalqın və şəxsən prezident olaraq, özünün mövqeyini dəfələrlə bəyan edib. Biz münaqişənin dinc yolla həllini, işğala qan tökülmədən son qoyulmasını istəyirik və buna tərəfdarıq. Amma bir şərtlə ki, Azərbaycanın işğal olunmuş torpaqları qeyd-şərtsiz işğaldan azad olunsun, ölkənin ərazi bütövlüyü təmin edilsin. Əgər bu şərtlər daxilində münaqişə həll olunmasa, təbii ki, problemi həll edən başlıca amil Azərbaycan Ordusu və qəhrəman əsgərlərimiz olacaq».

Aprelin 2-5-də döyüşlər zamanı və aprelin 26-dan 27-nə keçən gecə erməni qoşunlarının intensiv atəşləri nəticəsində Tərtər və Ağdam rayonlarının təmas xəttinə yaxın kəndlərində sakinlərin evlərinə, mülklərinə ziyan dəyib. 130-dan çox ev ziyan görüb, 6 dinc sakin həyatını itirib.

Əməliyyatlardan sonra rayona gələn dövlət başçısı İlham Əliyev vəziyyətlə tanış olub, vətəndaşlara dəyən ziyanın aradan qaldırılması üçün 3 milyon manat ayrılması barədə sərəncam imzalayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG