Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:35

-

İranın yeni parlamenti mayın 28-də and içir.

Yeni parlamentdə islahatçı təkliflərlə hakimiyyətə gələn prezident Hassan Rohani-nin tərəfdarları çoxluq təşkil edir.

Ekspertlər deyirlər ki, qanunverici hakimiyyətdə islahatçıların çoxluğu Rohani-yə Qərblə isti münasibətlər yaratmaqda, şəxsi azadlıqların və qadın hüquqlarının müdafiəsi üçün addımlar atmaqda kömək edəcək.

Parlamentdə 18 qadın təmsil olunur və Rohani bundan çox məmnun olduğunu bildirib.

İranla Qərb arasında nüvə silahı layihəsi ilə bağlı uzun müddət gərginlik yaşandı, artıq İrana qarşı sanksiyalar aradan qaldırılıb.

2013-cü ildə hakimiyyətə gələn Rohani-nin 2017-ci ildəki prezident seçkisində də qalib gələcəyi proqnozlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG