Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:46

Atəşkəsin 26 dəfə pozulduğu deyilir


Qarabağda erməni əsgər.
Qarabağda erməni əsgər.

-

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini ümumilikdə 26 dəfə pozub.

Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycanın Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri atəşə tutulub.

Tərtər rayonunun Yarımca, Çiləbürt, Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Nəmirli, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrin mövqeləri atəşə tutulub.

Qarabağ cəbhəsində aprelin 2-5-dəki hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Yaranmış gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Həmin görüşdə atəşkəsin gücləndirilməsi müzakirə edildi. Görüşdən sonra, mayın 20-dən bəri atəşkəsin pozulması halları kəskin azalıb.

Tərəflərin iştirakı ilə daha bir görüşün iyunda keçiriləcəyi haqda informasiyalar yayılıb.

XS
SM
MD
LG