Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:36

-

Səudiyyə Ərəbistanı və İran bu il iranlıların Məkkəyə Həcc ziyarətinə getməsi barədə razılığa gələ bilməyiblər. Hər iki ölkə bir-birini razılaşmanın alınmamasında suçlayır.

Səudiyyə rəsmiləri deyir ki, İran mayın 27-də danışıqlardan erkən çıxıb, baxmayaraq ki, onlar İranın tələblərinə həll variantları təklif ediblər.

Səudiyyə tərəfi deyir ki, bəzi sahələrdə razılaşma əldə olunub. Məsələn, iranlılara elektron vizalar verilməsi təklif edilib, belə ki, İrandakı Səudiyyə diplomatik missiyası bağlıdır.

Səudiyyə rəsmisi İran vətəndaşlarının bu il Həccə gedə bilməməsinə görə İran hökumətinin məsuliyyət daşıyacağını söyləyib.

İran rəsmisi isə Səudiyyəni razılaşmanı yubatmaqda ittiham edib, rəsmiləri arasında vahid qərar olmadığını söyləyib.

İran təhlükəsizlik məsələlərini əsas gətirərək bu il Səudiyyə Ərəbistanına zəvvar göndərməyəcəyini deyir.

Ötən il Məkkədə yaranan basabasda 2 mindən çox zəvvar həlak olub, onlardan azı 460-ı iranlı idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG