Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:37

Qaçqınlar qoca Avropanı gəncləşdirirmi?


Əfqan qaçqınlar Brandenburq Tağı yaxınlığında
Əfqan qaçqınlar Brandenburq Tağı yaxınlığında

“The Economist”: Almaniyanın tükənən işçi bazarı üçün sərhədləri aşıb gələn gənc miqrant ordusundan daha yaxşı nə ola bilər?

“The Economist” yazır ki, ötən il Almaniya kansleri Angela Merkelin qaçqınlara qucaq açmasını başqa cür yozanlar da olub. Kanslerin bəzi tənqidçiləri deyirdilər ki, burada qaçqınlara hüsn-rəğbət yox, Almaniyanın xudbin maraqları əsas rol oynayıb. Guya qocalan Almaniyanın əhalisi 2060-cı ilədək 81 milyonluq əhalisinin 10 miyonunu itirəcək və buna görə də Berlin özünə yüz minlərlə qaçqın şəklində “təzə qan” vurur.

Tənqidçilər deyirlər: “Əlbəttə bu boyda pensiyaçının maliyyə yükünü kiməsə yükləmək lazımdır axı… Almaniyanın tükənən işçi bazarı üçün sərhədləri aşıb gələn gənc miqrant ordusundan daha yaxşı nə ola bilər?”

“The Economist”in məqaləsində deyilir ki, bu dərddə olan təkcə Almaniya deyil. Əhalisinin tərkibində 65 yaşdan yuxarı olanların sayına görə ilk 10 ölkədən 9-u Avropada yerləşir. 10-cu Yaponiyadır.

Miqrantların təbii artımı daha yüksəkdir
Miqrantların təbii artımı daha yüksəkdir

Avropa yeni doğulacaq körpələrə də bel bağlaya bilməz. Avropa ölkələrində demoqrafik “təzələnmə vahidi” aşağıdır, başqa sözlərlə Avropa İttifaqı ölkələrində hər qadının payına 2, 1 uşaq düşür.

Ötən il Avropa İttifaqından sığınacaq istəyən qaçqınların beşdə dördü yaşı 35-dən aşağı olanlardır. Məqalədə deyilir ki, məhz miqrasiyanın sayəsində Almaniya əhalisinin azalması 2011-ci ildə dayanıb və o vaxtdan bəri fasiləsiz şəkildə artır.

“The Economist” yazır ki, gənc miqrantlar qocalan cəmiyyətlərə iki cəhətdən kömək ola bilər: onlar asılılıq nisbətini aşağı salırlar (söhbət işləməyən gənclərlə əmək yaşında olanların arasındakı nisbətdən gedir) və onların ən azı başlanğıcda daha çox uşaqları olur.

Amerika və Yaponiyanın fərqi

Məqalədə deyilir kİ, Amerikanın açıq mühacirət sistemi bu ölkəni nisbətən sağlam yaş strukturunda saxlaya bilib. Bunun əksi mühacirətin qadağan olunduğu Yaponiyada baş verir. Ölkə öz əhalisini hər il yüz minlərlə itirir.

Yaponiyada yüzü haqlamış on minlərlə insan var
Yaponiyada yüzü haqlamış on minlərlə insan var

Ötən il qaçqın axınının ən şıdırğı vaxtında Avropa Mərkəzi Bankının vise-prezidenti Vítor Constâncio, demişdi ki, miqrantlar Avropanı “demoqrafik intihardan” xilas edə bilərlər.

“Lakin, - yazır “The Economist” – miqrantlar demoqrafik şəfa deyil. Avropanın artmaqda olan yaşını kompensasiya edəcək miqyasda miqrasiya siyasi baxımdan mümkün olmazdı”.

Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, demoqrafik tənazülün dayandırılması üçün Almaniyaya ildə 470 min iş yaşında olan miqrantın gəlməsi lazım olardı. Həm də bu prosesin daim davam etməsi lazımdır, çünki miqrantlar da qocalırlar və miqrant qadınların da doğum reyti bir müddətdən sonra yerli əhalininki qədər olur.

Burası da var ki, miqrantlar heç də həmişə bir yerdə qərar tutmurlar. Məsələn, mailiyyə böhranından əvvəl İspaniyaya miqrant axını kəllə-çarxa çatmışdı, lakin 2008-ci ildən sonra əhali “buxarlanmağa” başlayıb.

Ayıq ol, Avropa

Ərəb dünyası üçün verilən əhali proqnozları miqrasiya təzyiqinin artmaqda olduğunu göstərir. Hər qadına 5 və daha çox uşaq düşən qadınların sayına görə öndə gedən 15 ölkədən 13-ü Afrikadadır.

BMT-nin proqnozuna görə 2050-ci ildə Afrikanın əhalisi Avropa əhalisindən üç dəfə artıq olacaq. Qitə hər il əməkçi yaşına çatan 11 milyon gənc kişi və qadınları işlə təmin edə bilmir.

Belə ölkələrin rəhbərliyi problemin həllini mühacirətdə görür: həm əmək bazarında sıxlıq azalır, həm də miqrantlar evə yaxşıca pul göndərirlər. Bu miqrantların əksəriyyəti üçün əsas istiqamət Avropa olacaq, lakin onların əmək qabiliyyəti və ixtisası Avropanın əmək bazarını təmin etmir.

Deyilənlərə görə, Mərakeş kralı bir dəfə Avropa İttifaqı liderlərinə “mənim adamlarımı görmək istəmirsinizsə, portağallarımı alın”.

“The Economist” yazır ki, Afrikanın yoxsul ölkələrindən miqrasiya ilə yanaşı bu ölkələrdə adambaşına düşən gəlirlər də artacaq və ildə 7500 dollara çatacaq.

Deməli Afrika varlansa, onun adamları özlərinə başqa yerlərdə iş axtaracaqlar.

Onların bəziləri qitənin daha varlı yerlərinə köçəcəklər, lakin əksəriyyətin gözü şimaldakı varlı torpaqlarda olacaq.

“Ayıq-sayıq ol, Avropa” – yazıb “The Economist”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG