Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:35

Rusiya prezidenti Vladimir Putin mayın 27-də Yunanıstana rəsmi səfərə gedib.

Bu Putinin bu il Avropa Birliyi ölkəsinə ilk səfəridir.

O, ikigünlük səfər zamanı yunanıstanlı həmkarı Prokopis Pavlopulos və baş nazir Aleksis Tsiprasla görüşəcək.

Şənbə günü Putin müqəddəs Afon dağındakı Rusiya monastrına baş çəkəcək.

Putin səfər ərəfəsində Rusiya ilə Avropa Birliyi arasındakı münasibətləri dirçəltməyə çağırmışdı.

Putin mayın 26-da Yunanıstan mətbuatına müsahibəsində Avropa Birliyi ilə enerji ittifaqına və viza rejimini sadələşdirməyə çağırıb.

Qeyd edək ki, səfər Ukrayna münaqişəsinə görə Rusiya-Avropa Birliyi münasibətlərinin pisləşməsi fonunda keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG